"Uilyams" pilotunu Bakıda niyə və necə cəzalandırıblar?

7 İyun 2021 15:20 Digər növlər 577
"Uilyams" pilotunu Bakıda niyə və necə cəzalandırıblar?

"Uilyams" komandasının pilotu Nikolas Latifi "Formula 1" üzrə Azərbaycan Qran-prisindən sonra cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, "Red Bull"də çıxış edən Maks Ferstappen qəza törətdikdən sonra bütün idmançıların pit-leynə getməsi tələb olunub.

Buna baxmayaraq, Latifi trasda olub və evakuasiya edilən bolidin yanından keçib.

"Formula 1" stüardları sürücüyə 10 saniyəlik cərimə tətbiq ediblər. Kanadalı pilot Qran-prini 15-ci bitirsə də, yerini "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemiltona verməli olub və yekunda 16-cı yerlə kifayətlənib.

Azərbaycan Qran-prisini "Red Bull"dan Serxio Peres qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"