"Bakıda qarşımıza müxtəlif çətinliklər çıxacaq, onun kimi olmayacaq"

4 İyun 2021 11:20 Digər növlər 431
"Bakıda qarşımıza müxtəlif çətinliklər çıxacaq, onun kimi olmayacaq"

"Bakıda müxtəlif tələbləri olan fərqli tras var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" pilotu Lüis Hemilton yarışın rəsmi saytına açıqlamasında Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

36 yaşlı sürücü həftəsonu Bakıdakı temperaturun digər yarış yerlərindən fərqlənəcəyini bildirib: "Burada qarşımıza müxtəlif çətinliklər çıxacaq. Ancaq budəfəki çıxışımız əvvəlki - Monako Qran-prisindəki kimi olmayacaq".

Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək. Sonuncu Monako Qran-prisində "Red Bull" pilotu Maks Ferstappen qalib olub. Lüis Hemilton həmin yarışda 7-ci yeri tutaraq, ümumi hesabda liderliyi Ferstappenə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"