Bu əcnəbi də Azərbaycan millisindən təklif alıb

27 Fevral 2021 20:40 Digər növlər 632
Bu əcnəbi də Azərbaycan millisindən təklif alıb

Rusiyanın fiqurlu konkisürəni Conatan Qureyro Azərbaycandan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Avstraliya əsilli idmançı "kp.ru"ya açıqlamasında deyib.

30 yaşlı konkisürən bildirib ki, ölkəmizlə yanaşı, Avstraliya və İngiltərə də onun xidmətində maraqlı olub: "Amma mən Rusiya millisində çıxış etmək istədiyim üçün təkliflərə müsbət cavab vermədim".

Conatan Qureyro yeniyetmələr arasında dünya çempionatlarının gümüş və bürünc mükafatçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti