Tanınmış persona ilk dəfə Azərbaycan millisində yer aldı

7 İyul 2022 03:10 Cüdo 556
Tanınmış persona ilk dəfə Azərbaycan millisində yer aldı

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən növbəti Böyük Dəbilqə turniri Macarıstanın paytaxtı Budapeştə keçiriləcək.

Sportinfo.az xəbər verir ki, cari ilin 8-10 iyul tarixlərində keçiriləcək turnirə dünyanın 63 ölkəsindən 434 idmançı qatılacaq.

Performans direktoru Mark van der Ham, baş məşqçi Riçard Trautman, məşqçilər Zaur Babayev və Mehman Əzizovun rəhbərliyi altında Azərbaycan milli yığmasının 11 üzvü iştirak edərək, medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar.

Turnirdə Azərbaycanı Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti