Kevin De Bruynenin Bakıda yoxluğu komanda yoldaşını niyə narahat edir?

8 Sentyabr 2023 14:50 Milli komanda 1 222
Kevin De Bruynenin Bakıda yoxluğu komanda yoldaşını niyə narahat edir?

“Meydanın durumu hər iki komandaya çətinlik törədəcək”.

Sportinfo.az xəbər verir ki, bunu Belçika yığmasının futbolçusu Yuri Tilemans Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunu ərəfəsində mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi kapitan Kevin De Bruynenin yoxluğunu xüsusi vurğulayıb:

“Hər iki tərəf topla oynamağı sevir. Bu baxımdan çətin mübarizə olacaq.

De Bruynenin yoxluğunun bizim üçün çətinliyi var. Buna baxmayaraq, keyfiyyətli oyunçulara sahibik.

Ələ düşən imkanlardan yararlanmağa çalışacağıq”.

O, gənc və təcrübəlilərin vəhdətindən formalaşan keyfiyyətli kollektiv olduqlarını söyləyib:

“Komandaya qoşulan gənc futbolçular həyəcanlıdırlar, məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər.

Onlarla yanaşı, təcrübəlilərimiz də var. Hər kəs əsas heyətə düşməyə çalışır”.

Sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti