"Barselona" - "Napoli" matçı da azarkeşsiz keçiriləcək?

9 Mart 2020 18:06 Çempionlar Liqası 635
"Barselona" - "Napoli" matçı da azarkeşsiz keçiriləcək?

Çempionlar Liqasının 1/8 finalı mərhələsində keçiriləcək "Barselona" - "Napoli" cavab oyunu azarkeşsiz ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Hazırda İspaniyada 700 insan koronavirusa yoluxub. Kataloniyanın idman və səhiyyə nazirlikləri oyunun boş tribunalarda keçirilməsinin tərəfdarıdırlar. Hələlik qərar qüvvəyə minməyib.

Rəhbərlik bununla bağlı kluba heç bir xəbərdarlığın gəlmədiyini bildirib. Məəslənin yaxın günlərdə dəqiqləşəcəyi yazılır.

Tərəflər arasındakı ilk matç 1:1 hesabı ilə sona çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”