“Xahiş etdim, buna görə peşmanam, səhv məndədir”

“Xahiş etdim, buna görə peşmanam, səhv məndədir”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas UEFA Çempionlar Liqasının əsas mərhələsinin “Mançester Yunayted”lə oyununda komandasının buraxdığı yeganə qolu şərh edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında hesab 4:0 olarkən futbolçularından tempi aşağı salmağı istədiyini, ancaq bu qərarından peşman olduğunu etiraf edib:

“Komandadan tempi aşağı salmağı özüm istədim. Çünki bizi qarşıda başqa oyunlar gözləyir və artıq 4:0 öndə idik.

Anastasios Duvikasdan (“Komo”nun hücumçusu) irəliyə doğru qaçmamağı, meydanın mərkəzində qalmağı xahiş etdim.

Buna görə peşmanam, çünki həmişə futbolçularıma sona qədər mübarizə aparmağı tapşırıram. Buraxdığımız qol məni məyus etdi, amma bu, mənim səhvim idi”.

Çempionlar Liqasında keçirdiyi 3 oyundan sonra 6 xalı olan “Komo” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Fabreqasın komandası növbəti turda “Lans”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti