"Neftçi" Çempionlar Liqası ilə erkən vidalaşdı

28 İyul 22:52 Çempionlar Liqası 737
"Neftçi" Çempionlar Liqası ilə erkən vidalaşdı

“Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Samir Abasovun yetirmələri Yunanıstan “Olimpiakos”unu qəbul edib. Paytaxt təmsilçisi “Bakcell Arena”dakı matçı səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq arzusu ilə başlayıb.

Lakin doğma tribunalardakı azarkeş dəstəyi də “ağ-qaralar”a kömək olmayıb. “Neftçi” ev oyununda da uduzaraq qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Bu qarşılaşmalardan sonra “Olimpiakos” Çempionlar Liqasının, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yollanıb.

28 iyul
“Neftçi” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) - 0:1
Qol:
Giorqos Masuras, 15
Baş hakim: Rikardo de Burqos (İspaniya)
"Neftçi": 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 26. Ömər Buludov, 14. Roman Bask, 8. Emin Mahmudov, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş, 10. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Huqo Basto, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
“Olimpiakos”: 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 25. Svetozar Markoviç, 18. Pyer Kunde, 9. Ahmed Hasan Koka, 19. Giorqos Masuras, 66. Pape Abu Sisse, 24. Ousseynu Ba, 27. Kenni Lala, 28. Matye Valbuena, 90. Vasilis Sourlis
Ehtiyat oyunçular: 1. Tomaş Vaslik, 31. Eqmundur Kristinsson, 44. İlias Karagiris, 11. Yussef Al-Arabi, 12. Alqasim Ba, 17. Marius Vrusai, 20. Nikola Çumiç, 34. Avraam Papadopulos, 97. Lazar Ranceloviç, 53. Nikitas Nikolis, 55. Kristos Lyatsos
Baş məşqçi: Pedro Martins
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:1

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 16:00 İndi say, babam, say!