Çempionlar Liqasının əsas favoriti kimi gördüyü komandanın ADINI AÇIQLADI

11 Aprel 2025 02:00 Çempionlar Liqası 3 347
Çempionlar Liqasının əsas favoriti kimi gördüyü komandanın ADINI AÇIQLADI

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand PSJ-nin hazırkı UEFA Çempionlar Liqasındakı çıxışına heyran olub.

Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, parisliləri Çempionlar Liqasının əsas favoriti hesab edir:

“Mən indi PSJ-ni Çempionlar Liqasının əsas favoriti hesab edirəm. Biz onların “Liverpul”u məğlub etdiklərini, “Aston Villa” üzərində üstün olduqlarını gördük. Onlar növbəti oyuna turnirin favoriti kimi yanaşırlar”.

PSJ Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda “Aston Villa”ya 3:1 hesabı ilə qalib gəlib. Cavab matçı aprelin 15-də, Birmingemdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM