1/4 finalın ilk oyunlarının ən yaxşı futbolçusu açıqlandı - Çempionlar Liqasında

12 Aprel 00:20 Çempionlar Liqası 933
1/4 finalın ilk oyunlarının ən yaxşı futbolçusu açıqlandı - Çempionlar Liqasında

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusunun adı açıqlanıb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays layiq görülüb.

26 yaşlı oyunçu “Real”a qarşı matçda iki dəfə cərimə zərbəsindən baxımlı qola imza atmaqla diqqət mərkəzinə düşüb.

PSJ-nin üzvü Xviça Kvaratsxeliya ikinci, “Barselona”nın hücumçusu Robert Levandovski üçüncü, “İnter”in müdafiəçisi Alessandro Bastoni dördüncü olub.

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları aprelin 15-16-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!