Final oyununun hakimləri açıqlandı - Çempionlar Liqasında

13 May 2025 00:20 Çempionlar Liqası 10 768
Final oyununun hakimləri açıqlandı - Çempionlar Liqasında

Çempionlar Liqasının finalında qarşılaşacaq Fransanın PSJ və İtaliyanın “İnter” klublarının oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmada İştvan Kovaçın rəhbərlik etdiyi rumıniyalı hakimlər briqadası ədaləti qoruyacaq.

Ona bu işdə Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Juan Pineyru (Portuqaliya) yerinə yetirəcək. Dennis Hiqler (Hollandiya) və köməkçisi Katalin Popa (Rumıniya) isə VAR hakimi olacaqlar.

Həlledici matç mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!