“Napoli” rəhbərliyi baş məşqçi Antonio Kontenin mümkün gedişinə qarşı alternativ variantlar üzərində işləyir.
Kontenin komandası Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”ın rəqibidir.
Bu komandalar arasında oyun noyabrın 25-də Neapolda keçiriləcək.
Sportinfo.az İtaliya mətbuatına istinadən məlumat yayıb ki, Jurnalist Paskuale Guarronun yazdığına əsasən, klub artıq Tiago Motta ilə ilkin təmas qurub.
Xəbərdə bildirilir ki, Konte ilə “Napoli” rəhbərliyi arasındakı münasibətlər son günlərdə gərgin olaraq qalır. Məşqçinin komandaya 17 noyabrda qayıdışı planlaşdırılsa da, bu məsələ hələ də sual altındadır.
Prezident Aurelio De Laurentis isə mümkün ayrılıq baş verəcəyi halda heç bir təzminat ödəmək niyyətində olmadığını açıq şəkildə bildirib.
O, qərarı Kontenün özünsn verməli olduğunu deyib: ya istefa verməli, ya da işinə davam etməli.
Antonio Konte «Boloniya»ya 0:2 hesabıyla uduzduqdan sonra bir həftəlik məzuniyyətə çıxmışdı. Hazırda komandanın məşqlərini onun köməkçisi Kristian Stellini aparır.
Bu arada klub rəhbərliyinin Tiago Mottayla əlaqə saxlaması, “Napoli”nin istənilən ssenariyə hazır olmaq istədiyini göstərir.
“Napoli” hazırda A Seriyasında 4-cü yerdə qərarlaşıb və lider «İnter»dən cəmi iki xal geri qalır. Komanda Çempionlar Liqasında isə 4 oyundan 4 xalla 24-cü yeri tutur.

