“2025-ci ildə “Barselona”ya ilk məğlubiyyətini verdik və bu, çox şeydən xəbər verir”

16 Aprel 18:20 Çempionlar Liqası 825
“2025-ci ildə “Barselona”ya ilk məğlubiyyətini verdik və bu, çox şeydən xəbər verir”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə cavab matçı (3:1) haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oyunun gərgin keçdiyini söyləyib:

“Hamımız bu gün xüsusən də, komandamdan möhtəşəm futbol gördük. Çox gərgin, çox təzyiqli oyun idi.

Açığı, yarışdan çıxdığımız üçün məyus oldum. Amma 2025-ci ildə “Barselona”ya ilk məğlubiyyətini verdik və bu, çox şeydən xəbər verir.

Özümüzlə fəxr etməyə tam haqqımız var”.

“Barselona” və “Borussiya” arasında 1/4 finalın ilk oyunu kataloniyalıların qələbəsi (4:0) ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!