26 ildən sonra ilk dəfə ÇL-dən kənarda qaldılar

5 May 00:20 Çempionlar Liqası 4 490
26 ildən sonra ilk dəfə ÇL-dən kənarda qaldılar

Donetsk “Şaxtyor”u 21-ci əsrdə ilk dəfə Çempionlar Liqasında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, Ukrayna Premyer Liqasının 27-ci turunda Kiyev “Dinamo”sunun “İnqulets” üzərində qələbəsindən (4:0) sonra “Şaxtyor” çempionluq üçün şanslarını itirib.

“Dinamo”nun 67 xalı var və çempionatın bitməsinə 3 tur qalmış liqaya başçılıq edir. “Şaxtyor” isə 57 xalla 3-cü yerdədir.

Beləliklə, “mədənçilər” 1999/2000 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında oynamayacaqlar.

Bu mövsüm “Şaxtyor” Çempionlar Liqasının ümumi turnir cədvəlində 27-ci yerdə qərarlaşıb və pley-offa yüksələ bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu