Millimizdə oynamaq xaricdə yaşayan azərbaycanlılar üçün niyə problem yaradır?
“Sportinfo TV“də yayımlanan “Futbol Masası“nın növbəti buraxılışının qonağı olan
AFFA-nın seleksiya şöbəsinin rəhbəri Bəxtiyar Musayev bu suala cavab verib.
O bildirib ki, həmyerlilərimiz əsasən Rusiyada yaşayır. Daha çox perspektiv vəd edən gənc azərbaycanlı oyunçular vətəndaşlığını dəyişməyə tərəddüdlə yanaşır.
Çünki onlar Azərbaycan pasportu alandan sonra Rusiyada legioner statusu ilə çıxış etməyin narahatlığını yaşayır.
Musayev millimizin şərəfini qoruymağın müqabilində kiminsə pul istəməsi hadisəsi ilə qarşılaşmadığını sözlərinə əlavə edib.
“Futbol masası”nın baş sponsoru “Muno365” şirkətidir.
“Muno365” - Süni intellekt dəstəkli yeni nəsil biznes idarəetmə platforması! Restoran, kafe, ticarət, istehsalat və müxtəlif biznes sahələri üçün hazırlanmış innovativ ekosistemdir.
“Muno365” - Satış, maliyyə, anbar, personal və digər prosesləri vahid platformada birləşdirir, biznes göstəricilərini təhlil edir, riskləri aşkarlayır və strateji qərarların qəbuluna ağıllı dəstək verir.
“Muno365” - Sadəcə, idarəetmə proqramı deyil, biznesinizin rəqəmsal gələcəyidir!
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
