"Mən onu bəyənirəm" - İraq millisində çıxış edən bakılı

12 Fevral 01:50 Bizimkilər 424
"Mən onu bəyənirəm" - İraq millisində çıxış edən bakılı

İsveç millisinin sabiq oyunçusu, hazırda isə İraq yığmasının üzvü olan Jiloan Hamad sportal.az-a müsahibə verib.

1990-cı ildə Bakıda dünyaya gəlmiş, vaxtı ilə AFFA-nın milli komandamıza cəlb etmək istədiyi yarımmüdafiəçi hazırda Taylandda "Utai Thani"də çıxış edir.

Sportinfo.az xəbər verir ki, o, müsahibəsində "Buriram Yunayted"də qalmayaraq Taylandı tərk edən Ramil Şeydayev haqda danışıb.

- Taylandda işlər necə gedir? Oradan ayrılmağı düşünürsən?

- İşlərim yaxşı gedir. Mən buradakı infrastrukturdan müsbət mənada təəccüblənmişəm. Ölkə çempionatı da rəqabətlidir. Təbii ki, bura gəlməyin əsas səbəbi maliyyədir. Yaxşı maaş verirlər, amma futboldan kənar həyat da heyrətamizdir və klublar peşəkardır. Mövsümün sonuna qədər müqaviləm var, amma ümid edirəm ki, daha uzun müddət qalacam. Təbii ki, nə qədər bacarıramsa, o qədər alınacaq. Əvvəl demişdim, karyeramı Azərbaycanda da davam etdirmək istəyərdim. Hər halda, gələcək göstərəcək.

- Ramil Şeydayev “Buriram Yunayted”də qalmadı, oradan ayrıldın. Bu, sənin üçün gözlənilməz oldu?

- Ramillə mövsüm başlamamışdan əvvəl yoldaşlıq görüşündən əvvəl görüşdük, tanış olduq. Təəssüf ki, liqada “Buriram Yunayted”ə qarşı oyuna zədəli olduğum üçün çıxa bilmədim. O, yaxşı oyunçudur, lakin “Buriram Yunayted” uğur qazanmaq üçün çətin klubdur. Çünki orada legioner oyunçuların çox yüksək tələbləridir. Onlar həqiqətən yüksək maaş ödəyirlər və buna görə də futbolçuların yaxşı çıxış edəcəyini gözləyirlər. Bəzən hətta daha da yaxşı performans gözləyirlər. Bu, mövsümün ortasında komanda üçün işlər yaxşı getməyən bir çox oyunçunu dəyişdirməklə məşhur olan klubdur.

- Taylandda yaşamaq və qalmaq çox çətindir? Səncə, Şeydayevdən gözləntilər yüksək idi deyə, qalmadı?

- Düzü, qalmaq çətin deyil. Düşünürəm ki, burada həyat və şərait yaxşı səviyyədədir. Xüsusilə də, “Buriram Yunayted”də oynayırsansa, orada əsl peşəkar mühit yaradılıb.

- Ramil Şeydayevlə “Buriram Yunayted”dən ayrılması haqda heç söhbətiniz olub?

- Bildiyim qədərilə, Ramil “Buriram Yunayted”dən qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. “Buriram Yunayted”in prezidenti əvvəllər də dəfələrlə bəzi oyunçuları dəyişmək istəyirmiş. Amma əsl səbəbini Ramil Şeydayevin özündən soruşsanız, daha yaxşıdır.

- Yəqin ki, onun "Buriram Yunayted"də çıxış etdiyi zaman Asiya Çempionlar Liqasının oyununda, Çin klubu ilə görüşdə rəqibin oyunçuları ilə əlbəyaxa olduğu epizodları görmüsən? Sanki, bu onun gedişini tezləşdirdi. Çünki komanda yoldaşları ona heç dəstəkləməmişdi...

- Düzünü desəm, xeyr, bu haqda məlumatım yoxdur. Amma əminəm ki, onun “Buriram Yunayted”dən ayrılmasının başqa səbəbləri də var. Hər halda, hazırda fərqli komandada oynayır və ona Türkiyə klubunda uğurlar arzulayıram. Mən onun oyununu çox bəyənirəm. Əminəm ki, “Kocaelispor”da gözlənilən performansı göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Fevral 17:50 Çək və bizə göndər!
23 Fevral 13:40 Tanrının ikinci qolu...