Milyonçu olan azərbaycanlı hücumçunun DODAQ UÇURAN ŞƏRTLƏRİ!

1 İyun 2023 17:00 Bizimkilər 4 259
Milyonçu olan azərbaycanlı hücumçunun DODAQ UÇURAN ŞƏRTLƏRİ!

Azərbaycan millisinin forvardı Ramil Şeydayev hazırda Taylanddadır.

27 yaşlı hücumçu "Buriram Yunayted" rəhbərliyi ilə görüşəcək, tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

Cari mövsüm "Qarabağ"da vurduğu 22 qolla Premyer Liqanın bombardiri olan Ramil Asiya klubu ilə 2 illik kontrakt bağlayacaq.

Tərəflər maliyyə şərtlərində çoxdan razılığa gəlib. Onu deyək ki, yığmamızın üzvü Taylandda böyük pul qazanacaq.

"Zenit"in yetirməsi "Buriram Yunayted"da keçirəcəyi ilk mövsümdə 750 min avro əldə edəcək. Bu, onun məvacibidir.

Komanda Asiya Çempionlar Liqasında uğurlu nəticə əldə edərsə, 200 min avro bonus qazanacaq.

Şeydayev qarşıdakı "futbol ili"nin ümumi oyunlarının 70 faizində meydana çıxarsa, daha 250 min avro alacaq.

"Buriram Yunayted" həmyerlimizin villa və xilməti avtomobilə təminatını da öz üzərinə götürüb. O və ail üzvləri il ərzində 2 dəfə klubun hesabına təyyarə uçuşları həyata keçirə biləcək.

Son mövsümü “Banqkok Yunayted”in 10 xal önündə bitirən və çempion olan klub 1970-ci ildə yaradılıb.

Masatada İşiinin baş məşqçi olduğu komanda oyunlarını 32 600 tamaşaçı tutumu olan “New I-Mobile Stadyum”da keçirir.

Əsasən yerli futbolçulardan qurulan komandanın heyətində Venesuela, Portuqaliya, Yaponiya və Braziliyadan (2) legionerlər var.

"Buriram Yunayted" Ramillə hələ ötən ilin sonunda təmasa keçib. Tərəflər yanvarın axırı, fevralın əvvəlində ilkin razılığa gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!