"Şalke"nin yeganə qolunu azərbaycanlı hücumçu vurdu - VİDEO

26 Noyabr 2022 02:20 Bizimkilər 467
"Şalke"nin yeganə qolunu azərbaycanlı hücumçu vurdu - VİDEO

Almaniyanın Qərb Regional Liqasında 10-cu turdan təxirə salınmış matç baş tutub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Şalke-2" növbəti görüşünə çıxıb.

Helzenkirhen təmsilçisi evdə "Proyssen Münster"lə üz-üzə gəlib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start heyətində çıxan Rüfət 77-ci dəqiqədə əvəzlənib. "Şalke"nin yeganə qolunu Dadaşov vurub.

Onun komandası 17 turdan sonra 26 xalla 7-ci pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti