“Mahirə şans verə bilmərik"

15 İyul 2022 23:20 Bizimkilər 1 239
“Mahirə şans verə bilmərik"

Zaqreb "Dinamo"sunda çıxış edən millimizin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında yeni mövsümün ilk turunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ante Çaçiç məlumat verib.

O, zədədən bərpa prosesini keçən Mahirlə yanaşı, Boşko Şutalo, Antonio Marin, Marko Bulat, Amer Qoyakın hazırda ikinci komanda ilə məşq etdiyini söyləyib.

Mütəxəssis 25 yaşlı azərbaycanlı hücumçunun çempionatın ilk turunda sabah "Lokomotiva"ya qarşı oynamayacağını deyib:

"Ötən mövsüm "Dinamo"dan 7 xal alan komandaya qarşı bizi çempionatın startı gözləyir. Bu o deməkdir ki, oyun bizim diqqətimizdədir.

Təbii ki, çempionata üç xalla başlamaq üçün hər şeyi etmək istəyirik. Biz istənilən məqsədə çatmaqdan ötrü 90 dəqiqə yaxşı çıxış etməliyik.

Komandada kifayət qədər oyunçu var, lakin indi zədəli Mahir Emreli, Bosko Sutal, Marko Bulata şans verə bilmərik".

M.Emreli zədə səbəbindən Xorvatiya Superkuboku uğrunda "Hayduk"la görüşü də (0:0, penaltilər seriyası - 4:1) buraxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”