Ermənilər bu evdə görün nələri qoyub gedib - VİDEO

14 İyul 2022 15:50 Bizimkilər 1 371
Ermənilər bu evdə görün nələri qoyub gedib - VİDEO

Cabbarovlar ailəsi Kəlbəcərin Comərd kəndindəndir.

2020-ci il noyabrın 25 də kənd erməni işğalından azad olunduqdan sonra ilk dəfədir ki, ata ocağına gəliblər.

Arı təsərrüfatlarını Kəlbəcər yaylağına gətirmək üçün icazə alan ailə bu fürsətdən istifadə edib ata ocağına da baş çəkiblər.

2 ay burda yaşayacaqlar. Ata ocağında gördükləri mənzərə ürəkaçan olmasa da, yanmış evlərinin qarşısında çadır qurub təsərrüfatları ilə məşğul olurlar.

Deyirlər ki, ermənilər kəndi tərk edəndə yandırıb bu evləri. 20 il ermənilər onların evindən istifadə edib. Çünki bu həyətdə təlim mərkəzi yaradılıbmış.

Dayandığımız bu ev Şükür Cabbarova məxsusdur. Ermənilər kəndi işğal edəndə, 8 nəfərlik ailə üzvü buranı tərk etmək məcburiyyətində qalıb.

Sonrakı illərdə ermənilər burda yerləşib və bu kənddən hərbi hissə kimi, xüsusilə bu həyətdən təlim mərkəzi kimi istifadə ediblər. Lakin Vətən Müharibəsindən sonra ermənilər çıxanda evi tamamilə yandırıb buranı tərk ediblər.

Mahir Cabbarov deyir ki, bu həyətdə çox gözəl meyvə ağacları olub. Ermənilər bütün qoz, tut ağaclarını kəsib, aparıb.

Bostan, tərəvəz üçün ayrılan əkin sahəsinə narkotik, həyətin kənarlarına isə akasiya toxumu səpib, vəhşi cəngəllik yaradıblar.

Bütün ailə fərdləri, eyni fikirdədir. Onları nə 1993-cü ildə, Kəlbəcəri tərk edən zaman qoyub getdikləri mal-dövlət yandırır, nə də qayıdıb gördükləri, xarabalığa çevrilmiş ata ocağı.

Onları kədərləndirən ailənin digər üzvlərinin bu günü görmədən dünyadan köçüb getmələridir: “Bu gün bu evdən çıxan 8 nəfərdən 3-ü qayıtmır. Atam, anam, birdə qardaşım”.

Artıq əziyyətli günlər geridə qaldı. Dağıdılan bütün evlər yenidən inşa ediləcək, Qarabağın hər qarışı yenidən çiçəklənəcək.

Ən qısa zamanda hər yerdə olduğu kimi, Kəlbəcərin Comərd kəndi də çal-çağırlı, toy-büstalı günlərinə yenidən qayıdacaq (APA).

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”