Azərbaycanlı futbolçu xarici klubun ona olan borcunu bağışladı

8 İyul 2022 15:00 Bizimkilər 1 346
Azərbaycanlı futbolçu xarici klubun ona olan borcunu bağışladı

Son 5 mövsümü Çexiyada keçirən Fərid Nəbiyev “Viktoriya” ilə müqaviləsinə ikitərəfli qaydada xitam verib.

Gənclər ylğmasının sabiq yarımmüdafiəçisi bunun üçün Jijkov klubunun ona ödəməli olduğu məbləğdən imtina edib.

O, “Kəpəz”lə azad agent statusu ilə kontrakt imzalamaq üçün alacaqlarından vaz keçib.

“Viktoriya” geridə qalan mövsümdə Çexiyanın 2-ci divizionunda mübarizə aparıb.

Jijkov təmsilçisi 30 turda topladığı 18 xalla 16 kollektiv arasında sonuncu yeri tutub və aşağı liqaya düşüb. Bu üzdən Fərid kimi, digər 16 futbolçu ilə yollar ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”