Balaca azərbaycanlı futbolçuların Slovakiyada qələbə sevincini görün - FOTOLAR

4 İyul 2022 14:40 Bizimkilər 720
Balaca azərbaycanlı futbolçuların Slovakiyada qələbə sevincini görün - FOTOLAR

Slovakiyada təşkil olunan “Fragaria Cup- 2022” turniri davam edir.

Azərbaycanı artıq 2-ci dəfə bu turnirdə təmsil eləyən EFA (European Football Academy) növbəti iki oyununa çıxıb.

U-11 komandamız öncə yerli “Pokrok SEZ Krompaci” ilə üz-üzə gəlib və 5:3 hesabıyla qələbə qazanıb. EFA günün ikinci matçında Macarıstan “Debretsen”i ilə qarşılaşıb.

Həmyerlilərimiz hazırda 6 xalla öz qrupunda 4-cü pillədə qərarlaşıb. EFA bu gün qrup çərçivəsində son 2 görüşdə meydan alacaq.

Ardınca pley-off mərhələsi start götürəcək. Reqlamentə əsasən, hər qrupda ilk iki yeri tutan iştirakçılar yarımfinalda qüvvəsini sınayacaq.

Qrupu 4-5-ci pillədə başa vuranlar isə 5-6-cı yer uğrunda mübarizə aparacaq.

Sayca 20-ci dəfə təşkil olunan beynəlxalq yarışa iyulun 5-də yekun vurulacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti