Azərbaycan klubu bu ölkədə böyük marağa səbəb.oldu - FOTOLAR

3 İyul 2022 09:40 Bizimkilər 2 536
Azərbaycan klubu bu ölkədə böyük marağa səbəb.oldu - FOTOLAR

Slovakiyada təşkil olunan “Fragaria Cup- 2022” turnirinin açılış mərasimi keçirilib.

Azərbaycanı artıq 2-ci dəfə bu turnirdə EFA (European Football Academy) təmsil eləyir.

Komandamız (U-11) törənə xüsusi hazırlaşıb. balaca oyunçularımız Azərbaycan bayraqları ilə tədbirə qatılıb və böyük marağa səbəb.olub

20 illik yubileyini qeyd edən beynəlxalq yarışda 9 ölkədən 7 yaş qrupu üzrə 71 komanda (1000-ə yaxın iştirakşı) mübarizə aparır.

2019-cu ildə U-12 kateqoriyasında EFA komandası çox güclü rəqibləri məğlub edərək, yarımfinala qədər yüksələ bilmişdi.

EFA artıq turnirdə 2 matça çıxıb. Qrupun ilk oyununda yerli "Furca Haniska"ya 2:0 hesabıyla qalib gələn həmyerlilərimiz ardınca Latviyadan “Qauja Valmyera”ya uduzub – 0:1.

EFA bu gün daha 2 qarşılaşmada meydan alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!