Azərbaycanda daha 7000 nəfərə “Müharibə veteranı” adı verildi

30 İyun 2022 23:10 Bizimkilər 533
Azərbaycanda daha 7000 nəfərə “Müharibə veteranı” adı verildi

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7 000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

Bu barədə məlumat Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yerləşdirilib.

Arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.

Bundan sonra onlara da Azərbaycan Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvarın 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə “Müharibə veteranı” adı verilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu