Azərbaycanlı hücumçu bu qolla komandasının yarımfinala yolunu açdı - VİLEO

13 Yanvar 2022 09:00 Bizimkilər 2 124
Azərbaycanlı hücumçu bu qolla komandasının yarımfinala yolunu açdı - VİLEO

Azərbaycan millisinin forvardı Renat Dadaşovun icarə əsasında çıxış etdiyi "Tondela" Portuqaliya Kubokunda yarımfinala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Tondela şəhərinin eyniadlı təmsilçisi 1/4 finalda "Riu Ave"ni minimal hesabla üstələyərək bu uğura nail olub.

Qarşılaşmada yeganə qolu məhz Dadaşov vurub. Əsas vaxtı qolsuz başa çatan görüşün 95-ci dəqiqəsində meydana çıxan 23 yaşlı hücumçu cəmi 1 dəqiqə sonra fərqlənərək, komandasını növbəti mərhələyə çıxarıb.

"Tondela"nın yarımfinaldakı rəqibi "Portimonensi" - "Mafra" cütünün qalibi olacaq.

Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti