Bu klubda azərbaycanlı futbolçularını sayı artdı

25 İyul 2021 13:40 Bizimkilər 1 154
Bu klubda azərbaycanlı futbolçularını sayı artdı

AFFA-nın vaxtilə gənclər yığmasına cəlb etmək istədiyi Eldar Quliyev “Mariopol”dan ayrılıb.

Yarımmüdafiəçi karyerasını Ukraynanın başqa bir klubunda davam etdirəcək.

Belə ki, bu ölkədə dünyaya gələn həmyerlimiz yerli federasiya tərəfindən Premyer Liqada saxlanılan “Minay”la anlaşıb.

Sözügedən kollektiv maliyyə problemləri səbəbindən çempionatda iştirakdan imtina edən "Olimpik"i əvəzləyib. "Minay" ötən mövsüm sonuncu olduğu üçün Premyer Liqanı tərk etmişdi.

Millimizin forvardı Rüstəm Əhmədzadə ilə yeni komanda yoldaşı olan Quliyev burada 4000 min dollar maaş alacaq. Fəqət, "Minay" hələ onun adını iştirak ərizəsinə sala bilmir.

İş ondadır ki, FIFA kluba transfer qadağası qoyub. Buna xorvatiyalı müdafiəçi Mislav Matiçin həmrəylik ödənişi üçün təzminat mübahisəsi səbəb olub. 21 yaşlı oyunçu ötən mövsüm bu komandanın formasını geyinib.

Qarar qarşıdakı 3 transfer pəncərəsini əhatə edəcək. Klub bu müddətdə heyətinə yeni futbolçu qata bilməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti