Yığmamızın futbolçusu ölkədən çıxa bilmir

28 Yanvar 2021 17:40 Bizimkilər 972
Yığmamızın futbolçusu ölkədən çıxa bilmir

Gənclər yığmasının futbolçusu Fərid Nəbiyev problemlə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, yaarımmüdafiəçi müqavilə ilə məxsus olduğu «Viktoriya»nın düşərgəsinə yollana bilmir.

O, bir müddət öncə Çexiyaya getmək üçün səfirliyə müraciət etsə də, hələ də «işçi vizası» almayıb.

Çexiya II divizionunda hazırda məcburi fasilə elan olunub. Koronavirus pandemiyası səbəbindən yarışma ötən ilin oktyabrında dayandırılıb. Yerli federasiya çempionatı martın əvvəlində bərpa etməyi planlaşdırır.

12-ci turun oyunları keçirilib. Nəbiyevin formasını geyindiyi Jijkov təmsilçisi 12 tur ərzində 19 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO