"Razılıq əldə olunsa və çatdıra bilsək, finalı Qarabağda keçirəcəyik" - Ramin Musayev

11 Noyabr 2020 20:00 Azərbaycan Futbolu 913
"Razılıq əldə olunsa və çatdıra bilsək, finalı Qarabağda keçirəcəyik" - Ramin Musayev

Azərbaycan Kubokunun final matçının Xankəndində keçirilməsi gündəmdədir.

Bu barədə Sportinfo.az-a Peşəkar futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.

Onun sözlərinə görə, bu futbol bayramını işğaldan yenicə azad olunmuş Dağlıq Qarabağ bölgəsində keçirmək yerinə düşərdi. Təşkilatçı qurumun bir nömrəli şəxsi bununla əlaqədar AFFA rəhbərliyi ilə məsləhətləşmələrin başladığını qeyd edib:

"Qələbə sevincimizi sözlə ifadə etmək çətindir. Ən vacibi odur ki, həsrətində olduğumuz torpaqlarımızı görmək bizə də nəsib olacaq. Qələbə ilə bağlı bizim də öz planımız var.

Allah qoysa, Qarabağa gedib-gəlməklə bağlı razılıq əldə olunsa və çatdıra bilsək, fikrimiz var ki, Azərbaycan Kubokunun finalını elə Qarabağda, Xankəndidə keçirək.

Qarabağ müharibəsində olan iştirakçılarımızın hamısına can sağlığı arzulayıram. Yaralı olanlara tezliklə Allahdan şəfa diləyirəm.

Allah şəhid qardaşlarımızın yerini ən yüksək mərtəbə olan cənnət eləsin! Geridə qalanlara səbr diləyirəm. Ali Baş Komandan başda olmaqla, bütün xalqıma xoş günlər arzulayıram".

Digər Xəbərlər
Xəbər Lenti