Klublarımızın avrokubok oyunları azarkeşlərlə keçiriləcək?

7 Avqust 2020 21:40 Azərbaycan Futbolu 1 060
Klublarımızın avrokubok oyunları azarkeşlərlə keçiriləcək?

UEFA-ya 55 üzv milli assosiasiyanın baş katibləri ilə videokonfrans formatında keçirilən iclasda azarkeşlərin yenidən stadionlara qayıtma məsələsi müzakirə olunub.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, indiki halda fanatlarla bağlı qadağanın qüvvədə saxlanılması məqsədəuyğun hesab edilib.

Eyni zamanda, avqustun ortalarında yenidən bu məsələyə baxılacağı və ölkələrdə pandemiya ilə bağlı vəziyyətə əsasən az sayda azarkeşin stadionlara girişinə icazə verilə biləcəyi vurğulanıb.

Milli komandaların sentyabrda keçirəcəyi oyunların da müzakirə olunduğu iclasda bəzi matçların neytral meydanlarda olacağı istisna olunmayıb.

Videokonfrans zamanı gənclərdən ibarət yığmalar arasında bu il nəzərdə tutulan turnirlərin əksəriyyətinin 2021-ci ilin yazına təxirə salınması təklif olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu