Azərbaycanlı futbolçu koronavirusa yoluxdu: "Heç yerə getmirəm"

7 Avqust 2020 15:04 Azərbaycan Futbolu 1 633
Azərbaycanlı futbolçu koronavirusa yoluxdu: "Heç yerə getmirəm"

“12 gündür ev şəraitində müalicə alıram”

Sportinfo.az xəbər verir ki, milli komandamızın sabiq yarımmüdafiəçisi Mirhüseyn Seyidov koronavirusa yoluxub.

Oyunçunun özü ilə əlaqə saxladıqda xəbəri təsdiqlədi. O, açıqlamasında artıq 12 gündür ev şəraitində müalicə aldığını söyləyib:

“Bu haqda çox danışmaq istəmirəm. 12 gündü ev şəraitində müalicə alıram. Testin nəticəsi pozitiv çıxdı. Həkimlər evdə müalicə almağıma şərait yaratdılar.

Mən də heç yerə getmirəm. 21 günüm tamam olandan sonra hər şey yaxşı olacaq”.

Mirhüseyn Seyidov oyun alğı-satqısına görə futboldan ömürlük kənarlaşdırılıb.(Futbol+)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT