“Onun məhəbbəti - futbol”

31 May 2020 21:00 Azərbaycan Futbolu 548
“Onun məhəbbəti - futbol”

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə "Onun məhəbbəti - futbol" adlı sənədli filmin təqdimatı olub. Təqdimat Akademiyanın akt salonunda keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə İdman Akademiyasının müəllim və tələbə heyəti, Eldar Əzimzadənin doğmaları və idmansevərlər iştirak edib.

Nümayişdən öncə ADBTİA-nın İdman oyun növləri kafedrasının baş müəllimi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq dərəcəli hakim Anar Salmanov, ARB "Aranfilm" yaradıcılıq mərkəzinin bədii rəhbəri kinorejissor Tahir Tahiroviç, Eldar müəllimin qızı Mehriban xanım çıxış edərək, salonda toplaşanları salamlayıblar.

SSRİ dönəmində Azərbaycanın beynəlxalq dərəcəli hakimi olmuş, bir sıra mötəbər turnirlərə təyinat almış, 1980-ci ildə Moskvada keçirilən Olimpiadanın futbol yarışlarının final görüşünü idarı edən, ədalətli hakimliyi ilə idman ictimaiyyətinin rəğbətini qazanmış Eldar Əzimzadənin uğurlu idman fəaliyyətindən danışan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Filmdə onunla eyni dövrdə hakimlik etmiş insanlar da xatirələrini bölüşüblər.

Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev, montajçısı Ümman Budaqov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdi.

Digər Xəbərlər
Xəbər Lenti