Kubokda yeni mövsüm başlayır - İki stadiondan CANLI YAYIM

Kubokda yeni mövsüm başlayır - İki stadiondan CANLI YAYIM

Bu gün Azərbaycan kubokunun 2026/27-ci illər mövsümünə 1-ci təsnifat mərhələsi ilə start veriləcək.

Bu mərhələdə yalnız 2-ci liqa klubları yarışacaq.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

“Qaradağ Lökbatan” “Şəki”ni qəbul edəcək. “Şəmkir” isə “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək. Komandaların hər biri 2-ci liqa təmsilçisidir.

14:30. "Qaradağ Lökbatan" – "Şəki"
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:30. "Şəmkir" – "Ağstafa Gəncləri"
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu

Digər Xəbərlər
Xəbər Lenti