Azərbaycanda bu kluba yeni prezident təyin etdilər

7 Aprel 2020 20:00 Azərbaycan Futbolu 755
Azərbaycanda bu kluba yeni prezident təyin etdilər

Region Liqasında çıxış edən «Şahdağ»a yeni prezident təyin olunub. O, Anar Gülbalayev adlı şəxsdir.

Sportinfo.az-ın məlumatına görə, təyinat əmrini «Azərenerji»nin sabiq prezidenti Etibar Pirverdiyev verib.

2 il öncə ASC-nin rəhbərliyindən uzaqlaşdırılan Pirverdiyev Qusar təmsilçisinin 3 illik aradan sonra I Diviziona qayıtmasında maraqlıdır. AFFA da şimal komandasının dəstədə iştirakına razıdır. Bir şərtlə ki, Kamran Əlibabayev baş məşqçi postundan uzaqlaşdırılsın.

Federasiya hesab edir ki, o, sükan arxasında qaldığı müddətdə «Şahdağ»da sağlam ab-havanın olmasını gözləməyə dəyməz. Gəl ki, Pirverdiyevin Əlibabayevə gücü çatmır.

Yaxın çevrəsi «Azərenerji»nin sabiq şefini inandırıb ki, Əlibabayev kənarda qalsa, yerli publikanı onun üstünə qaldıracaq, müxtəlif vasitələrlə klubun daxili işlərinə müdaxilə edəcək.

«Şahdağ» 2017-ci ilin son rübündən etibarən prezidentsiz fəaliyyət göstərirdi. Ərəstun Niftiyevin 11 illik yönətiminə son qoyulması AFFA-nın tələbi əsasında baş tutmuşdu.

Federasiya Niftiyevin klubun rəhbərliyindən uzaqlaşdırılmasını istəməkdə haqlı idi: onun adı oyunların manipulyasiyasında davamlı olaraq hallanırdı.

Boğazadək çirkba bulaşan Niftiyevin əməllərinin nəticəsidir ki, ölkənin ən yaşlı klublarından biri olan «Şahdağ» 3 ildir yarımhəvəskar çempionatda «sürgün həyatı» yaşayır.

Xəbər Lenti