"Vallah, mən ev adamı deyiləm, evdə otura bilmirəm"

27 Mart 2020 09:28 Azərbaycan Futbolu 819
"Vallah, mən ev adamı deyiləm, evdə otura bilmirəm"

"Nazirlər Kabineti yanında Operativ Qərargahın dediklərini edirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Martın 24-dən Azərbaycanda karantin rejimi tətbiq olunub. Bu müddət ərzində 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir.

Karantin rejimi aprelin 20-dək davam edəcək. 72 yaşlı mütəxəssis koronavirusla mübarizədə mümkün qədər deyilənlərə əməl etdiyini bildirib: "Evdə oluram, amma tez-tez parka düşürəm, bağa gedirəm.

Qərar var ki, 65 yaşdan yuxarı çölə çıxmasın. Amma vallah, mən ev adamı deyiləm. Bayırda həm rahat oluram, həm də onunla nəfəs alıram. Amma digər qaydalara mümkün qədər əməl edirəm. Tez-tez dezinfeksiya olunuram".

Digər Xəbərlər
Xəbər Lenti