
AFFA tərəfdaşlarından birini itirib.
Sportinfo.az-ın federasiyadan aldığı məlumata görə, «Bakcell»la əməkdaşlıq dayanıb.
Bir neçə il ölkənin futbol qurumunun portnyorluq edən şirkət bu sahədən tamamilə kənara çəkilib. «Bakcell» xərclərin çoxluğu, həmçinin AFFA-ya ayırdığı vəsaitin səmərəsini görməməsi səbəbindən belə bir addım atıb.
Federasiyanın anlaşmanın pozulmasına dair rəsmi açıqlama verməməsi anlaşılandır. AFFA ehtiyat edir ki, «Bakcell»in qərarından xəbər tutan digər sponsorlar onlarla əməkdaşlığın müddətini uzatmaz. Axı bu, hazırkı məqamda AFFA-ya böyük təhlükə yaradır.
2019-cu il üçün maliyyə hesabatında göstərilir ki, hesabat dövründə assosiasiyanın gəliri 29 milyon 948 min 618 manat təşkil edib.
Bu məbləğin 11 milyon 964 min 760 manatı SOCAR-ın, 9 milyon 262 min 957 manatı UEFA-nın, 3 milyon 853 min 836 manatı "A" MYK-nın yayım hüquq gəlirinin, 2 milyon 787 min 590 manatı FİFA-nın, 1 milyon 170 min 577 manatı Bakcell MMC-nin, 566 min 593 manatı digər gəlirlərin, 122 min 165 manatı Procter & Gamble MMC-nin, 118 min PAŞA Sığortanın və nəhayət 102 min 140 manatı UNİCEF-in payına düşür.