Mircavadov Mənsimovun həbsi haqda: "Çox böyük işlər gördü"

24 Mart 2020 19:26 Azərbaycan Futbolu 819
Mircavadov Mənsimovun həbsi haqda: "Çox böyük işlər gördü"

«Mubariz Mənsimovun həbsinin təfərrüatını bilmirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran»ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Müxtəlif vaxtlarda 2 dəfə «ağ-yaşıllar»ı çalışdırmış təcrübəli mütəxəssis bugünlərdə Türkiyədə həbs edilən sabiq klub rəhbəri haqda danışıb: «O, başqa hərəkət edə bilməz. Xeyriyyəçi biri olub.

Mənsimov futbolumuza çox yeniliklər gətirdi. Həm məşqçilər, həm futbolçular, həm də azarkeşlər üçün birmənalı olaraq, bu, belədir. Onun yaratdığı "Xəzər Lənkəran", həmçinin "Bakı" kimi klublar o zamanlar çempionatımıza rəng qatırdı.

Oyunlara 15-20 min adam gəlirdi. Futbolumuz üçün çox böyük işlər gördü. Mən Lənkəranda işləyəndə, həftədə bir neçə dəfə zəng edib vəziyyətimizlə maraqlanırdı.

Hətta bir dəfə söhbət əsnasında, mənə dedi ki, gəmilərimizə veriləcək adların siyahısında ancaq azərbaycanlı dahilərin adları olmalıdır. Belə insanları itirmək olmaz».

Digər Xəbərlər
Xəbər Lenti