"Traktor" əsas rəqibinə uduzdu, "Maşınsazi" 1 xala sevindi

26 Yanvar 2020 18:48 Azərbaycan Futbolu 636
"Traktor" əsas rəqibinə uduzdu, "Maşınsazi" 1 xala sevindi

İran Liqasında 17-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycanın çempionluğa iddialı "Traktor" klubu səfərdə lider "Persepolis"in qonağı olub.

Son 5 turda məğlub olmayan Təbriz təmsilçisi liderlə aradakı xal fərqini minimuma endirmək üçün əla fürsət qazansa da, səfərdən əliboş qayıdıb - 0:2. Çempionluq yolunda əsas rəqibinə uduzan həmyerlilərimiz 17 turdan sonra 30 xalla 3-cü pillədəki yerində qalıb. "Traktor" lider "Persepolis"dən 7 xal geri qalır.

Cənubi Azərbaycanın çempionatdakı digər təmsilçisi - "Maşınsazi" isə turu 1 xalla başa vurub. Komanda doğma Təbrizdə çempionluğa oynayan daha bir iddalı - "Sepahan"ı büdrətməyə nail olub - 0:0.

Xəbər Lenti