Azərbaycanlı futbolçunu BƏƏ-yə apardılar

13 Yanvar 15:55 Azərbaycan Futbolu 716
Azərbaycanlı futbolçunu BƏƏ-yə apardılar

Azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Spartak” təlim-məşq toplanışı üçü Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşüb.

Sportinfo.az xəbər verir ki, Mosvka təmsilçi qış hazırlıq planının ilk mərhələsini Əbu-Dabidə keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. BƏƏ-nin paytaxtında keçiriləcək təlim-məşq toplanışı yanvarın 24-nə qədər davam edəcək.

“Spartak”ın baş məşqçisi Domeniko Tedesko təlim-məşq toplanışına 26 futbolçu dəvət edib. Toplanışda iştirak edən futbolçular arasında azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyev də yer alıb.

Moskva klubundan ayrılacağı gözlənilən Ayaz bu mövsüm Rusiya Premyer Liqasında 11 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 02:00 20 milyonluq transfer
6 Avqust 18:20 "Qarabağ" daha bir...