Azər "Ufa"ya qələbə qazandırdı və ən yaxşı seçildi - VİDEO

8 Dekabr 2019 14:00 Azərbaycan Futbolu 963
Azər "Ufa"ya qələbə qazandırdı və ən yaxşı seçildi - VİDEO

Rusiya Premyer Liqasında 19-cu turun oyunları davam edir. Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” səfərdə “Axmat”ın qonağı olub.

Başqırdıstan klubunun 1:0 hesabı ilə qələbə qazandığı görüşdə yeganə qolu məhz Əliyev vurub. 90 dəqiqə meydanda ən yaxşı olan Azər ötən həftədəki kimi, bu dəfə də Premyer Liqanın təşkilat komitəsi tərəfindən matçın ən yaxşı futbolçusu seçilib.

Əsas heyət üzünə həsrət qalan Möhbalıyevin adı isə yenə də oyunun iştirak ərizəsinə daxil edilməyib. “Ufa” 19 turdan sonra 25 xalla 16 kollektiv arasında 7-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?