"Ramin Musayevlə Mircavadov haqsızlıq etdi, 40 min dollarımı vermədilər" - VİDEO

7 Dekabr 2019 19:24 Azərbaycan Futbolu 1 923
"Ramin Musayevlə Mircavadov haqsızlıq etdi, 40 min dollarımı vermədilər" - VİDEO

Milli komandamızın və "Neftçi"nin sabiq oyunçusu Elşən Qəmbərov artıq bir neçə ildir ABŞ-da yaşayır.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı veteran futbolçu okeanın o tayında "Bridgeview Soccer Academy" məktəbini açıb.

ABŞ-da yaşayan tanınmış jurnalist Aynur Talıbova Elşən Qəmbərovla görüşərək "youtube" kanalında yığmamızın sabiq üzvündən müsahibə alıb.

Qəmbərov ABŞ-a yeni gələrkən fəhlə işlədiyini, mebel, pianino kimi avadanlıqları liftsiz binalarda yüksək mərtəbələrə qaldırdığını deyib. O, Azərbaycandan ayrılma səbəbini də açıqlayıb:

""Neftçi"də oynayanda 40 min dollarımı vermədilər. Səbəb də o indi ki, formanı yerə atmışdım. Amma ədalətsizlik var idi deyə, elə etmişdim. Məndən sonra da formanı atanlar oldu, heç onlara cəza vermədilər. O vaxt klubun icraçı direktoru Ramin Musayev, baş məşqçi isə Ağasəlim Mircavadov idi. Mənə qarşı haqsızlıq etdilər. Ancaq gəldim burda özümü sübut etdim, futbol məktəbi açdım. Onlar mənim vəziyyətimdə olsaydılar, belə edə bilərdilər? İki həyat ömür sürsələr də, edə bilməzlər".

Digər Xəbərlər
Xəbər Lenti