Qarabağın bu rayonunda ilk dəfə futbol klubu yaradıldı

15 Aprel 09:20 Azərbaycan Futbolu 1 844
Qarabağın bu rayonunda ilk dəfə futbol klubu yaradıldı

Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman sahəsinə marağı və istedadı olanların aşkar edilməsi məqsədilə futbol klubu yaradılıb.

Sportinfo.az xəbər verir ki, “Mərkiz” adlı futbol klubunun növbəti ildən birinci liqada yarışlara qatılması planlaşdırılır.

Klub rəhbəri Elvin Salahov açıqlamasında bildirib:

“Futbolun inkişafı üçün Laçında lazımı şərait yaradılıb və Bakı Abadlıq Xidməti MMC-tərəfindən müasir standartlara cavab verən şəkildə inşa olunan stadionda süni və təbii örtüklü meydançalar, məşqlərin tədrisi üçün lazımi idman vəsaitləri yer alır.

Hazırda müxtəlif yaş qruplarından olan 50-yə yaxın yeniyetmə və gəncə futbolun sirləri öyrədilir, peşəkar məşqçilər tərəfindən dərslər tədris olunur.

Qarşıdakı hədəf isə gələn ildən “Mərkiz” futbol klubu adı ilə Laçını birinci liqada təmsil etməkdir”.

Yeni yaradılan futbol klubu öz adını Laçındakı Mərkiz dağından götürüb.

Digər Xəbərlər
Xəbər Lenti