COP29

"Qarabağ"ın bir neçə yerli futbolçusuna təklif var, klub buraxmır”

12 Fevral 22:20 Azərbaycan Futbolu 1 244
"Qarabağ"ın bir neçə yerli futbolçusuna təklif var, klub buraxmır”

Milli komandaların skautu İlqar Qurbanov Sportinfo.az-a açıqlama verib.

Federasiya mənsubu son günlər əsas müzakirə mövzusu olan legioner limiti ilə bağlı fikirlərini səsləndirib:

"Baxır bunu kim müzakirə edir? Kimlər bu məsələni qaldırıb? Niyə belə təklif irəli sürülüb?

Məsələn, nəyə əsasən 8+3 formatı olmalıdır? İlk öncə bunu təklif edənlər fikirlərini əsaslandırsa yaxşı olar.

Biz futbol adamları da bunun əsasında fikirləşək, müzakirə aparaq və bir qərara gələk. Neçə gündü izləyirəm, mövzu ətrafında bilən-bilməyən hamı danışır.

Sanki bizim futbolda yeganə problem limitin 8+3 olmamasıdır. Biz də bunun həllinə yüklənmişik. Biləsiniz ki, 8+3 ən axırıncı problemdir".

Qurbanov "limitin legionerlərin lehinə artırılması yerli futbolçuların ölkə xaricinə getməsinə yol aça bilərmi" sualına belə cavab verib:

"Yaxşı futbolçu olandan sonra legioner həyatı yaşamaq imkanın da çoxalır. Necə ki, zamanında mən özüm, Samir Əliyev, Rəşad Sadıqov, Vaqif Cavadov legioner həyatı yaşamışıq.

Biz limitə görə ölkə xaricinə getməmişik. Öz oyun keyfiyyətimizə, səviyyəmizə görə getmişik.

8+3 tutaq ki, etdik. Həmin oynayan 3 nəfəri klub göndərəsi deyil axı.

Onsuz da, yerli oyunçu qıtlığı var. Klublar çətinliklə tapır.

Tapdığı 3 yaxşı yerlini də hansı klub əldən buraxacaq? Heç bir klub.

Məsələn, "Qarabağ"ın bir neçə yerli futbolçusuna təklif olduğunu bilirəm. Məntiqli olaraq klub buraxmır.

Çünki o səviyyədə başqa yerlini yetişdirmək olmur və ya tapmaq qeyri-mümkün bir şeydir. Demirəm ki, top futbolçulardı. Söhbət Azərbaycan səviyyəsində gedir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"