
Azərbaycan futbolunda ən böyük problem infrastrukturdur.
Bunu liqaların matçlarına baxanda aydın seçməmək mümkün deyil.
Premyer Liqa ilə bağlı durum nisbətən normaldısa, digər liqalarda vəziyyət daha acınacaqlıdır.
Bir neçə klubun eyni məkanda məşqlərini keçməsinə alışmışıq.
Bu ildən klub sayının çoxalması artıq bu tendensiyanı rəsmi qarşılaşmaya daşıyıb.
Bu mənada Binə qəsəbə stadionun xüsusu fərqləndirməmək mümkün deyil.
Təsəvvür edin adıçəkilən məkandan 4 futbol klubumuz ev matçı kimi istifadə edir.
Birinci liqadan MOİK, ikinci liqadan isə nə az, nə çox 3 kollektiv - "Şəfa", "Dinamo", "Bakı Sportinq" buranın xidmətindən ev oyunları üçün istifadə edir.
Nəzərə alaq ki, hələ Region Liqasında mübarizə başlamayıb.
Həvəskarlardan da Binədəki stadiona müraciət edən olsa, vay ordakı onsuz da bərbad halda süni meydanın halına.
Məncə, yeni klub yaradan rəhbər şəxslər elə təkcə bu mənzərəyə baxıb ciddi-ciddi düşünsə yaxşıdır.
Klub yaratmaq 15-16 futbolçu tapıb, məşqçi təyin etməkdən yox, ilk öncə infrastruktur qurmaqdan keçir.
XANOĞLAN / SPORTİNFO.AZ