"Bu komandaları yeni yaradılacaq çempionata göndərmək istəyirik"

2 İyun 11:40 Azərbaycan Futbolu 863
"Bu komandaları yeni yaradılacaq çempionata göndərmək istəyirik"

Azərbaycan Minifutbol Federasiyası (AMF) növbəti mövsüm yenilik edəcək.

Bu haqda Sportinfo.az-a AMF-nin mətbuat xidmətinin rəhbəri Sərxan Abışov məlumat verib.

Onun bildirdiyinə görə, federasiya ölkə çempionatı ilə bağlı islahat aparmağı planlaşdırır. Buna əsasən, birinci dəstə ilə yanaşı, ikinci liqa yaradılacaq:

«Bilirsiz ki, hazırkı çempionatda 17 komanda mübarizə apardı. Yarışa böyük maraq var. Müraciət edənlər çoxdur.

Demək olar hamını tanıyırıq. Hansı komandanın gücü nədir, görmüşük.

Elələri var ki, rəqabət aparmağa çətinlik çəkir, əksər oyunları uduzur. Onları ikinci dəstəyə göndərmək istəyirik.

Əsas çempionatı daha maraqlı və güclü etməyin yeganə yolu budur».

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu