Millinin QALMAQALLI oyunçusunu gözləyən təhlükə - GÜZƏŞT ETMƏSƏ…

31 Yanvar 2023 23:00 Azərbaycan Futbolu 1 035
Millinin QALMAQALLI oyunçusunu gözləyən təhlükə - GÜZƏŞT ETMƏSƏ…

Azərbaycan millisinin sabiq üzvü Təmkin Xəlilzadə hələ də klubsuzdur.

Təcrübəli futbolçunun kənarda qalmasının müxtəlif səbəbləri var.

29 yaşlı müdafiəçinin əvvəlki klublarında etdiyi intizamsız hərəkətləri iddialı klubların ona diqqət ayırmamasına yol açıb.

Xəlilzadəni heyətini görməyə daha çox can atan klublar isə ikinci beşlikdə yer alan "Kəpəz" və "Şamaxı"dır.

Bölgə klubları ilə anlaşma isə onun yüksək əməkhaqqı istəyindən dolayı ləngiyir.

Adıçəkilən klublar ən yaxşı halda aylıq 5-6 min manat ödəməyə hazırdı.

Təmkin şərtlərdə güzəşt etməsə, mövsümün ikinci yarısını klubsuz keçirməyə məhkum olacaq.

"Qarabağ"ın yetirməsi olan futbolçu karyerası ərzində "Sabah", "Qəbələ" və AZAL kimi klubların şərəfin qoruyub.

Onun sonuncu klubu "Zirə" olub. Paytaxt klubu ötən ilin sonları müdafiəçi ilə müqaviləni vaxtından əvvəl xitam vermişdi.

O, Azərbaycan millisində forma geyindiyi 25 oyunda 3 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...