
Minifutbol üzrə ölkə çempionatında V turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, "İdman" TV ilə canlı yayımlanan oyunlarda “Zəfər” "Veteran”a, son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”na qalib gəlib.
“Qarabağ” , “Sumqayıt”, “Real” Bakı, “Dinamo” Gəncə, “Xəzər” və “Aznur” da turu qələbə ilə başa vurublar.
Beş turdan sonra turnir cədvəlinə “Qarabağ” başçılıq edir. Sonrakı yerlərdə müvafiq olaraq “Zəfər” və “Birbaşa Bakı” komandaları qərarlaşıblar.
Növbəti turun oyunları yanvarın 7-10 da keçiriləcək.