Qayıdan Nathan, dəyişən taktika və alınan qisas

23 Noyabr 2022 23:40 Azərbaycan Futbolu 445
Qayıdan Nathan, dəyişən taktika və alınan qisas

"Turan Tovuz" ölkə kubokuna uğurlu start verməyi bacardı.

Səfərdə "Şamaxı"nın qonağı olan qərb təmsilçisi Nathan Oduvanın yeganə qolu ilə mərhələ adlayan tərəf oldu.

Halbuki komandalar arasındakı cəmi 20 gün əvvəl baş tutan matçda Ayxan Abbasovun yetirmələri doğma meydanda gözlənilməz məğlubiyyət yaşamışdı - 1:3.

Görüşün prinsipiallığını artıran da məhz tərəflər arasındakı son qarşılaşma idi.

Maraqlıdır, cəmi 20 gündə nə dəyişdi ki, "Turan Tovuz" eyni rəqibi məğlub etməyi bacardı. Həm də səfərdə və kubokun təkli matçında.

İlk öncə Nathan Oduva məsələsin qabartmalıyıq. Kasad heyəti olan Abasov üçün ingiltərəli forvardın nə qədər vacib fiqur olduğu növbəti dəfə önə çıxdı.

Zədədən qayıdan əcnəbi hücumçu meydandakı işgüzarlığı ilər bərabər, həm də komandasına mərhələni gətirən yeganə qolun müəllifi oldu.

Digər önəmli addım isə seçilən taktika ilə bağlıydı. Tərəflər arasındakı ötən dueldə təcrübəli mütəxəssis 4-4-1-1 taktki sxemi ilə meydana çıxmaqla daha çox hücumda olmağı düşünürdü. Belədə isə cinahlarda müəyyən boşluqlar olacağı mütləq idi.

Ki, Cavid Hüseynovun yetirmələri həmin boşluqdan yaranan imkanları maksimum dəyərləndirə bilmişdi. Kamran Quliyev cinah asmasında sonra fərqlənmişdisə, digər iki qol isə cinah oyunçuları - Fuad Bayramov və Rauf Hüseynli Tərlan Əhmədlinin qapısından keçirmişdi.

Bütün bunları yaxşı analiz edən Abbasov bu dəfə fərqli sxem - 5-4-1 seçmişdi. Təbii ki, əsas məqsəd daha çox cinahlardan hücumlara qoşulan "Şamaxı"lıları zərərsizləşdirmək idi.

Düzdür, yenə bəzi məqamlarda Fuad Bayramovun fəallığı yenə seçilirdi. Amma ümumi götürsək, 90 dəqiqənin sonu planın uğurlu işlədiyini göstərmiş oldu. Və bu da son məğlubiyyətin əvəzin çıxmaqda önəmli yer tutmuş oldu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti