Prezidentlə görüşən futbolçu: "Yəqin ki, onun mesajından kimlərsə öz payına götürdü"

19 İyun 2022 22:20 Azərbaycan Futbolu 895
Prezidentlə görüşən futbolçu: "Yəqin ki, onun mesajından kimlərsə öz payına götürdü"

Minifutbol millimizin kapitanı Ramin Həsənzadə Sportinfo.az-a açıqlama verib.

Yığmamızın qolkiperi qazanılan uğur və ölkə başçısı İlham Əliyevin komanda ilə görüşməsindən danışıb:

"Avropa Çempionu olacağımızı gözləmirdik. Qarşımıza minimum hədəf kimi qrupdan çıxmaq qoyulmuşdu. Sonra oyundan oyuna artırdıq və belə tarixi nəticə qazandıq.

Açığı, ölkə prezidentinin bizi qəbul edəcəyin gözləyirdik. Amma belə tezlikdə bizi qəbul etməsi surpriz oldu.

Bizimlə səmimi söhbət elədi. Bildirdi ki, bilirəm sizə hazırlıq üçün məvacib ayrılmayıb. Federasiyanın hesabına etdiyiniz məşqlərlə bu nəticəni əldə etmisiniz. Hətta bilidirdi ki, başqa ölkələrdə bu idman növünə marağın çox olmasını, daha çox pullar ayrılmasını bilirəm. Amma sizlər bunlar olmadan belə yüksək nailiyyət əldə etmisiniz.

Yəqin ki, bu fikirlər bir mesaj idi və mesajı kimlərsə öz payına götürər. Prezidentimiz Orxan müəllim çıxış elədi. Federasiyanın yaranmasından, fəaliyyətindən söz açdı. Çempionata hazırlığımızdan danışdı. Baş məşqçimiz Elşad Quliyev də çıxışında Cənab Prezidentə öz təşəkkürünü bildirdi.

Sonda kapitan olaraq mənə də söz verildi. Mən də həmçinin öz təşəkkürümü bildirdim. Sonda Cənab Prezidentin icazəsi ilə bütün komanda üzvlərinin imzası olan topu və milli komandanın formasını dövlət başçısına bağışladıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"