UEFA Azərbaycanın 7 klubuna bu qədər ödəniş etdi

11 Yanvar 2022 20:20 Azərbaycan Futbolu 1 051
UEFA Azərbaycanın 7 klubuna bu qədər ödəniş etdi

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ödəniş edib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ 2020/2021-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramna görə ödənilib.

Qeyd olunan mövsümdə daxili çempionatda çıxış etmiş, lakin Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan maliyyə vəsaiti ayrılıb.

Başqa sözlə, "Qarabağ" istisna olmaqla, "Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə”yə 72 866 avro ödənilib. Məbləğlər AFFA-nın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb.

“Keşlə” üçün nəzərdə tutulmuş vəsait onun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!