"Qarabağ" qazandırdı

1 Avqust 2021 23:20 Azərbaycan Futbolu 1 348
"Qarabağ" qazandırdı

Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Sloveniya (14,125) 28-ci sıraya düşüb. Qazaxıstan (14,250) bir pillə irəliləyərək 27-ci olub. Polşa isə 13,500 xalla 30-cu yerdədir.

"Qarabağ"ın İsraildə"Aşdod"u 1:0 hesabı ilə yenməsi ölkənin aktivinə daha 0,250 xal qazandırıb.

Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə "Neftçi" 0,500 xal, Konfrans Liqasında "Çukariçki" ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə "Sumqayıt" 0,125 xal qazanıb.

Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.000-ə çatıb.

Siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Xəbər Lenti